Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 13:26

QHT rəhbəri Mətanət Əzizovanın evində axtarışa başlanıb


-
Mayın 6-da Milli Təhlükəsizlik Nazirliyinin (MTN) əməkdaşları Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizovanın evində axtarışa başlayıblar.

Bu barədə AzadlıqRadiosuna hüquq müdafiəçisinin vəkili Samirə Ağayeva məlumat verib.

Ötən şənbə planlaşdırılan axtarış Mətanət Əzizovanın evdə olmaması səbəbindən təxirə salınmışdı.

Hüquq müdafiəçisi hazırda xaricdə səfərdə olduğundan evdə axtarış onun həyat yoldaşının, vəkilinin və iki hal şahidinin iştirakı ilə aparılır. Axtarışda qarşı tərəfdən 5 nəfər iştirak edir.

Mətanət Əzizovanın evində axtarış aparılması “dövlətə xəyanət”də ittiham olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlıdır. Bundan əvvəl Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunusun evində və Rauf Mirqədirovun Türkiyədə kirayə qaldığı mənzildə də axtarışlar aparılıb.
XS
SM
MD
LG