Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:45

Əli Əhmədov: «Hesab edirəm ki, istənilən insanı bağışlamaq olar»


Əli Əhmədov
Əli Əhmədov
-

«Hesab edirəm ki, istənilən insanı bağışlamaq olar. Hüquqi baxımdan hadisə və məsələyə qiymət verilib, hüquq öz işini görüb. İndi sırf insani münasibətlər ifadə olunur».

Baş nazirin müavini, YAP icra katibi Əli Əhmədov Gülər Əhmədovanın azad olunmasına belə münasibət bildirib:

«Bir qadın kimi azyaşlı uşağının olması və digər hallar nəzərə alınmaqla, belə bir qərar qəbul olunması məhkəmənin səlahiyyətləri çərçivəsindədir. İnsanpərvərlik hisslərindən çıxış edərək belə bir qərar qəbul olunub. İstənilən insanın cəzaçəkmə müəssisələrinə göndərilməsində gözlənilən yeganə məqsəd onun cəzalandırılması deyil. Baxmayaraq ki, törədilən əmələ görə hüquqi baxımdan qiymət verilir. Digər məqam da insanın islah olunmasıdır. Bütün bunlar nəzərə alınaraq məhkəmə tərəfindən yaxud belə bir səlahiyyətli insan tərəfindən bu və ya digər cəzaçəkmə müəssisəsində olanlara qarşı ya əfv tədbirləri görülür, yaxud bağışlanma aksiyaları olur».

YAP rəsmisi Gülər Əhmədovanın YAP-a bərpa olunub-olunmamasına da münasibət bildirib:

«İndi düşünmürəm ki, bu gün Gülər Əhmədovanı düşündürən başlıca məsələ YAP-a üzv olmaqdan ibarətdir. YAP-ın üzvlüyündən çıxarılmaq və bərpa olunmaq hüquqi məsələdən çox əxlaq məsələsidir. Biz YAP olaraq məsələyə bu cür qiymət verəcəyik. Gülər Əhmədovanın yenidən YAP-a üzv olmasını indi nə o düşünür, nə də biz düşünürük».

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG