Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:10

Rusiya və Ukrayna nazirləri Vyanada görüşür


-

Mayın 6-da Rusiya və Ukrayna xarici işlər nazirlərin Vyanada Avropa Şurasının görüşündə bir araya gələcək. Görüşdə Ukraynadakı böhranın əsas müzakirə mövzusu olacağı gözlənilir.

Avstriyanın Xarici işlər naziri bildirib ki, Sergei LavrovAndriy Deshchytsya digər AŞ nazirləri ilə birgə «işgüzar nahar»a qatılacaq.

Moskva Qərbin dəstəklədiyi yeni Kiyev hökumətini tanımaqdan imtina edir. Sonuncu dəfə Lavrov və Deshchytsya rəsmən aprelin 17-də Cenevrədə görüşüb. Həmin vaxt Ukraynadakı böhranın aradan qaldırılması üçün razılıq əldə olunmuşdu. Hərçənd bu sahədə irəliləyiş olmadı.

Təxminən 30-a yaxın nazirin Vyana görüşündə iştirakı gözlənilir. Britaniya xarici işlər naziri William Hague da tədbirdə iştirak edəcək.
XS
SM
MD
LG