Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:12

“Vasif Talıbov çöl pişiyinə... görə təşəkkür məktubu alıb”


çöl pişiyi
çöl pişiyi
-
Şərq Qapısı – 05.05.2014


Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Cənab Vasif Yusif oğlu
Talıbova


Çox hörmətli Cənab Talıbov!

Sizə ünvanladığımız 07 noyabr 2012-ci il tarixli məktubumuzda Naxçıvan Muxtar Respublikasının təbiəti mühafizə və elmi təşkilatları ilə faydalı əməkdaşlığımız haqqında məlumat vermişdik. Muxtar respublikada ova qoyulmuş moratoriumun 10 ilə yaxın müddətdə fəaliyyətdə olması, xüsusi mühafizə olunan təbiət ərazilərinin yaradılması və gücləndirilməsi, yerli əhalinin məlumatlandırılması tədbirləri, təbiət komplekslərinin tədqiqi və monitorinqi artıq öz bəhrələrini verməkdədir.

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Tariyel Talıbovun rəhbərliyi altında AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu ilə birgə əməkdaşlıq şəraitində Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında keçirilən biomüxtəlifliyin monitorinqi nadir və nəsli kəsilməkdə olan növlərin artım dinamikasında baş verən müsbət meyilləri göstərir. Belə ki, keçən il ərzində institut əməkdaşları tərəfindən Milli Parkda quraşdırılmış fototələlər, bütövlükdə, arealda kökü kəsilməkdə olan Qafqaz bəbirinin 3 fərdini qeydə almışdır. Bu nadir vəhşi növünə mənsub ailə cütlüyünün videokameralarla qeydə alınmasını ən böyük uğur hesab etmək olar.

Bu fakt Milli Parkda onların nəslinin tezliklə artacağına ümidlər yaradır. Bəbirlə yanaşı, fototələlər “Qırmızı kitab”a düşmüş digər növlərin, o cümlədən oxlu kirpi, çöl pişiyi, vaşaq, bezoar keçisi, muflon, Xəzər uları və sairənin miqdarının artdığını da sübut edir.

Bütün bu faktlar Naxçıvan Muxtar Respublikasında Sizin tərəfinizdən həyata keçirilən təbiəti mühafizə siyasətinin düzgünlüyünü bir daha təsdiq edir.

Bizim təşəbbüslərimizi dəstəklədiyinizə görə Sizə dərin minnətdarlığımızı bildirir, bundan sonra da səmərəli əməkdaşlıq edəcəyimizə səmimi-qəlbdən ümidlər bəsləyir və gələcək nəsillər üçün ətraf mühitin qorunub saxlanılması kimi nəcib işdə Sizə uğurlar arzulayırıq.

Dərin hörmətlə,
Giorgi Sanadiradze
Ümumdünya Vəhşi Təbiəti Mühafizə Fondunun Qafqaz Təmsilçiliyinin direktoru
XS
SM
MD
LG