Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Oktyabr, bazar, Bakı vaxtı 23:04

Odessa olayına görə həbs olunan daha 40 nəfərin yeri dəyişdirilib


-
Mayın 2-də Odessada baş verən kütləvi iğtişaşlarda həbs olunan daha 40 nəfər Ukraynanın mərkəzi bölgələrindən birinə köçürülüb.

Bu haqda Ukraynanın baş naziri Arsen Avakov məlumat verib.

Avakov onu da deyib ki, Ukrayna Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı “Kiyev-1” Odessaya göndərilib.

Mayın 2-də Odessada baş verən kütləvi qarşıdurma və yanğın zamanı azı 46 adam ölmüşdü, 200 adam yaralanmışdı. 130-dan çox adam həbs olunmuşdu.
XS
SM
MD
LG