Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:12

Ukraynanın cənub-şərq vilayətləri nümayəndələrinin qurultayı keçiriləcək


Mayın 11-də Dnepropetrovskda Ukraynanın cənub-şərq vilayətləri hakimiyyət orqanları nümayəndələrinin qurultayı keçiriləcək.

Qurultayın keçirilməsinin təşəbbüskarı Dnepropetrovsk vilayətinin yeni təyin olunmuş qubernatoru, oliqarx İqor Kolomoyskidir.

Qurultaya Donetsk, Luqansk, Odessa, Xarkov, Dnepropetrovsk, Zaporojye, Xerson, və Nikolayev vilayətlərinin, eləcə də bütün səviyyələrdə yerli sovetlərin deputatları dəvət olunub.

Nümayəndələr «ərazi icmalarının hüquqlarının müdafiəsi haqqında qanunvericiliyə uyğun olaraq Ukraynanın sərbəst iradə və inzibati sərhədlərinin dəyişdirilməsi» məsələsini müzakirə etməyi planlaşdırırlar.

Hazırda hakimiyyət Ukraynanın cənub-şərqində separatçılara qarşı antiterror əməliyyatlarını davam etdirir.
XS
SM
MD
LG