Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 02:12

«Gül Bayramı»nda Hadisə və Mustafa Ceceli oxuyacaq


Bakı,2011
Bakı,2011
Bu barədə məlumatı Gəncə şəhər İcra Hakimiyyəti təsdiqləyib. Məlumata görə, konsert tədbiri mayın 7-də baş tutacaq.

Tanınmış pop müğənniləri Mustafa Ceceli və Hadisə konsertdə çıxış edəcək. «Gül bayramı» keçən ildən fərqli olaraq bu ilə Heydər Əliyev park-kompleksində keçiriləcək. Park-kompleksin girişindən, yəni, «Zəfər Tağı» abidəsindən başlayaraq düzülmüş xüsusi pavilyonlarda əl işləri sərgilənəcək, hər tərəf güllə bəzədiləcək. Şəhərin ən böyük 50-dən artıq təşkilatı bu bayramda təmsil olunacaq.

Əvvəlcədən elan olunmuş xüsusi nominasiyalar üzrə 1-ci, 2-ci və 3-cü yeri tutan təşkilatlar Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən mükafatlandırılacaq.
XS
SM
MD
LG