Keçid linkləri

2017, 21 Oktyabr, şənbə, Bakı vaxtı 00:05

Göyçay, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarına dolu düşüb


Mayın 4-də Göyçay, Qəbələ, İsmayıllı və Şamaxı rayonlarına güclü dolu düşüb.

APA-nın məlumatına görə, saat 22.00 radələrində başlayan və təqribən 20 dəqiqə davam edən dolu meyvə ağacları və taxıl sahələrinə ziyan vurub.

Dolu dənələrinin böyük olması səbəbindən evlər və sosial obyektlərin dam örtüyü, habelə avtomobillər də müəyyən ziyan görüb.

Rayonların enerji təsərrüfatında da problemlər yaranıb, bəzi yaşayış məntəqələrinin elektrik enerjisi ilə təchizatı dayanıb.

Dolunun vurduğu ziyanın həcmi hələlik məlum deyil.

Günün bütün mövzuları

XS
SM
MD
LG