Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:57

«Ayna»nın qırılması… [Video]


-
«Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru Elçin Şıxlı gündəlik «Zerkalo»nun həftəliyə çevrilməsinin səbəblərindən danışır. Müzakirəyə media eksperti Qulu Məhərrəmli və oxucu Əvəz Həsənov da qatılıblar.

Mövzu ilə əlaqədar bax: Elçin Şıxlı: «Qarabağ məsələsini Mirqədirov qədər bilən jurnalist yoxdur»

«ARTIQ ÖZ GÜCÜMƏ GÜNDƏLİK QƏZET SAXLAYA BİLMİRƏM»

Elçin Şıxlı qəzetin maddi çətinlik səbəbindən həftəliyə keçdiyini deyir:

«İlin əvvəlindən bu addımı atmağı düşünürdüm. Artıq fiziki və maliyyə cəhətdən gündəlik qəzeti saxlamağım mümkün deyil. İqtisadi məqamlar var, bunları nəzərə almaq lazımdır. Son 3 il yarımadək kifayət qədər reklam vardı. Bunun hesabına qəzeti saxlamaq mümkün idi. Cəmi 40-41 nəfər işçimiz qalıb .
Elçin Şıxlı
Elçin Şıxlı
Halbuki, əvvəl işçilərin sayı 153 nəfər idi. Satışın nə vəziyyətdə olduğunu bilirik. 3 il əvvəl az da olsa, rəqabət mühiti var idi. Banklar, sığorta, avtomobil şirkətləri reklam verirdi. Artıq iqtisadiyyatda monopoliya var. Hər halda indiki vəziyyətdə öz gücümə gündəlik qəzet saxlaya bilmirəm. Qiymətli kağızlar bazarı işləsəydi, qəzetin səhmlərini satışa çıxarmaq olardı. Ancaq buna Azərbaycanda şərait yoxdur. İnanmıram ki, alan olsun. Yenə də çalışacağam, yazacağam. Yazmayanda xəstəhal oluram».

«RAUF MİRQƏDİROV «ZERKALO» NUN MESSİ-Sİ İDİ»

Baş redaktor qəzetin bağlanmağı üçün təzyiq olmadığını söyləyir:

«Rauf Mirqədirovun həbsi son damla oldu. «Barcelona»nın oyununa daha çox Messi-yə görə baxırdılar. Rauf Mirqədirov da «Zerkalo»nun Messi-si idi. Onun yazıları hər zaman maraqla qarşılanıb. Onun həbsi qəzetin həftəliyə keçməsini sürətləndirdi. Ancaq qəzetin bağlanmağı üçün heç bir təzyiq olmayıb».
Qulu Məhərrəmli
Qulu Məhərrəmli

«ZERKALO AZAD VƏ ELİTAR MƏTBUATIN RƏMZİDİR»

Qulu Məhərrəmli qəzetin həftəliyə keçməsini təəssüflə qarşılayır:

«Bizdə azad mətbuatın ən parlaq nümunəsi «Zerkalo» qəzetidir. Bu qəzetin siması var. Yanaşması dünyada qəbul olunmuş media standartlarına uyğundur. Qəzet bizim üçün azad və elitar mətbuatın rəmzidir. Bu mövqe, yanaşma prinsipi başqa bir qəzetdə görməmişəm. Azərbaycanda reklam da müəyyən adamların ixtiyarındadır. Azad reklam bazarı yoxdur. Qəzet gündəlikdən çıxmaqla çox şey itirir. Ən əsası onu səbirsizliklə gözləyən oxucularını itirir».

«BİZDƏ BRENDƏ QİYMƏT VERƏN YOXDUR»

Əvəz Həsənov hesab edir ki, bu qəzet ziyalılığı təbliğ edir:
««Zerkalo» qəzeti elitanın qəzetidir. Rusdilli qəzetlərin içərisində bu qəzetin xüsusi yeri var. Azərbaycanda sifəti olan qəzet azdır. «Zerkalo» özünəməxsus siması olan bir qəzetdir. Yazıları, polemika açmaq imkanı ilə digər qəzetlərdən fərqlənir. Bu qəzet ziyalılığı təbliğ edib hər zaman. Bizdə brendə qiymət verən yoxdur. 24 illik tarixi olan bir qəzeti qorumaq lazımdır. Ancaq həftəlik səhifələrinin sayını artırıb diqqəti cəlb etmək olar bəlkə də».
XS
SM
MD
LG