Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:08

"Atletico"nun uğuru Azərbaycanın uğurudur


Klubun köynəyindıə Azərbaycnın logosu
Klubun köynəyindıə Azərbaycnın logosu
Ukraynada hökumət binalarını kimlər və necə tutur? Rusiyada etirazdan yazanı blok edirlər. Merkel Obamaya Alman biznesinin mesajını aparır. - Mətbuta icmalı

Azərbaycanın Atletico (Madrid) klubuna sponsoprluğu möhtəşəm uğur qazanır. Bunu Guardian qəzeti yazır.

Atletico-nun Rusiya oliqarxı Abramovichin ingilis klubunu , özü də stadionda Qazpromun reklam lövhələri önündə məğlub etməsi və Çempionlar liqasının finalına çıxması həm də klubun sponsoru - Şərqi Avropanın zəngin neft ölkəsi olan Azərbaycanın uğurudur. Qəzet yazır ki, sponsorluq haqda ilkin müqavilə 12 milyon funt sterlinq idi. Buna təkcə “idman köynəkləri sponsorluğu daxil deyildi. Bu həm də geniş strateji saziş idi. Atletico gənc Azərbaycan futbolçularını Bakıda və Madriddə məşq etdirməli idi.

Bu ilin əvvəlində saziş 2014-2015 mövsümünün axırına kimi uzadıldı. Klubun prezidenti Cerezo deyir ki, yeni sazişdə birgə tədbirlər nəzərdə tutulur, Azərbaycanın imicinin dünyada tanıdılması və iki ölkə arasında münasibətlərin inkişafı da bunlara daxildir.

Ancaq Guardian problemə də toxunur və yazır ki, bir çox neft ölkəsi idman vasitəsilə özünü tanıdır. Ancaq Azərbaycan insan haqlarına görə, tənqidlə üzləşir. Azərbaycan müxalifəti əzməkdə ittiham olunur, etiraz etmə haqlarını məhdudlaşdırmaqda, tikinti layihələrinə görə insanları öz evlərindən zorla köçürməkdə tənqid olunur.

Ancaq qəzet yazır ki, Atletico Azərbaycan kimi ölkə ilə əlaqələri güc hesab edir. Atletico-nun fikrincə, belə əməkdaşlıq hər iki tərəf üçün sərfəlidir.


UKRAYNADA BİNALAR NECƏ TUTULUR?

Financial Times yazır ki, Ukraynaın baş nazirinin fikrincə ölkə 1991-ci ildən bəri öz tarixinin ən təhlükəli “10 gününə” qədəm qoyur.
Hökumət binasını tutan maskalı , Donetsk
Hökumət binasını tutan maskalı , Donetsk

Arseniy Yatsenyuk qəzetə müsahibəsində deyib ki, Şərqi Ukraynada süni toquşmalar yaradılır.
“10-dan 20-yə kimi yaxşı məşq görmüş Rusiya agentləri binalara hücum edir, bininı alandan sonra ardınca kütlə gəlir. Həmin adamlar isə gözdən itirlər və başqa şəhərlərə hərəkət edirlər”.


ETİRAZ DA OLMAZ, YAZMAQ DA OLMAZ

Amnesty İnternational yazır ki, Rusiyada etirazlardan yazan saytlar blok olunur. Grani. ru saytının appelyasiya şikayətinə mayın 6-da baxılacaq.

Qanuna görə, Baş prokurorluğun tələbi ilə sayt blok oluna bilər. Sayt yalnız o vaxt açılır ki, prokyurorluğun xoşuna gəlməyən material çıxarılsın və prokurorluq bunu yoxlayıb, əmin olsun.

Grani.ru ilə birlikdə Kasparov.ru, Navalny-nın bloqu da blok olunub.
Amnesty İnternational hesab edir ki, bu, ifadə azadlığının pozulmasıdır.


ALMAN ŞİRKƏTLƏRİ YENİ SANKSİYALARIN ƏLEYHİNƏDİR

Wall Street Journal yazır ki, ABŞ-a səfərə gedən kansler Merkel Almaniyanın biznes lobbisinin Obamaya aydın mesajını aparır: sanskiyalar bəsdir.
Alman biznesinin ən böyük qurumları - kimya nəhəngi BASF, mühəndis qrupu Siemens, eləcə də Volkswagen, Adidas və Deutcsche Bank Rusiyaya qarşı yeni sanskiyaların əleyhinədirlər.
Merkel Haaqada Obama ilə görüşü gözləyir
Merkel Haaqada Obama ilə görüşü gözləyir


Qəzet hesab edir ki, nəticədə, Almaniyanın sərt sansksiyalara mənfi münasibəti, yəqin ki, dəyişməyəcək.


FOND YAXŞIDIR YA VLAD DAYI?

Financial Times yazır ki, Ukrayna Beynəlxalq Valyuta Fondu ilə Vlad dayı arasında seçim edir.

Fond Ukraynada sabitlik yaratmaq üçün pul verir və ola bilsin ki, sabitlik yarananda Fond getsin. Uzun müddətli investisiyanı Avropa Birliyi verə bilər, ancaq Ukraynanın daimi asılı vəziyyətdə qalması Avropa Birliyinin öz vergiverənlərtini narazı sala bilər. Rusiyanın təklifi isə rüşvət təklifidir: pul verirəm, əvəzində heç nə soruşma.

Qəzet hesab edir ki, Fond yaxşıdır, ancaq Ukrayna uzunmüddətli riskləri və yaxın müddətli ağrıları hesablamalıdır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG