Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:41

Vəkil Fuad Ağayev ona qarşı təxribatdan şübhələnir


Fuad Ağayev
Fuad Ağayev
-
Dövlətə xənayətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun vəkili Fuad Ağayev ölkənin baş prokuroru Zakir Qaralova öz Facebook səhifəsində müraciət edib.

Müraciətlə bağlı o, AzadlıqRadiosuna deyib ki, özünü mənzil istismar sahəsinin əməkdaşı kimi təqdim edən şəxs onların ofisinə gəlib və icarədarlarla maraqlanıb: “3 ildən artıqdır ki, biz bu mənzildən istifadə edirik, icarədar niyə indi yada düşüb? Üstəlik, mənzildən kimin istifadə etməsinin mənzil-istismar idarəsinə nə dəxli var?”

TƏXRİBAT, YA TƏSADÜF?

Fuad Ağayev təxribatları istisna etmir, deyir ki, xüsusilə Rauf Mirqədirovun həbsinin Rusiya xüsusi xidmət orqanlarının fəaliyyətinin nəticəsi sayması ilə bağlı fikirlərinin mətbuata çıxmasından sonra belə bir halın baş verməsi onda çoxlu suallar yaradıb: “Tövsiyə edərdim ki, Respublika Prokurorluğunun Ağır Cinayətlər üzrə İstintaq İdarəsində xidməti yoxlama aparılsın. Ümumiyyətlə, son hadisələrlə bağlı Rauf Mirqədirovun Rusiya xüsusi xidmətləri ilə bağlı dedikləri ciddi araşdırma tələb edir”.

2010-cu ildən Türkiyədə yaşayan “Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya olunub və Bakıda həbs edilib. O, “Dövlətə xənayət”də ittiham olunur. Jurnalist bütün ittihamları rədd edir.
XS
SM
MD
LG