Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:10

Milli Məclisdə 12 məsələyə baxılacaq


-
Mayın 2-də Milli Məclisdə 12 məsələyə baxılacaq. Deputatların müzakirəsinə veriləcək ilk məsələ “Beynəxalq Bərpa Olunan Enerji Agentliyinin Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsidir.

Daha sonra “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” konvensiyayaya, İnzibati Xətalar, Cinayət-Prosessual Məcəllələrinə, “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı”, “Yol hərəkəti”, “Dövlət rüsumu”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlara təklif olunan dəyişikliklər müzakirə olunacaq.

Gündəliyin sonuncu məsələsi ötən iclasdan qalan “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsidir.
XS
SM
MD
LG