Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 23:41

“4 ayda 10 hərbi qulluqçu intihar edib”


-
2014-cü ilin yanvar-aprel aylarında Azərbaycanın təhlükəsizlik və müdafiə sektoru 30 nəfər itirib.

Məlumatı “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi yayıb.

Məlumatda deyilir ki, 6 nəfər atəşkəsin pozulması nəticəsində, 3 nəfər mina partlayışında həlak olub. İtkilərin 21-i qeyri-döyüş itkisidir.

4 ayda 10 hərbi qulluqçu intihar edib.

Ölənlərin 26-sı Müdafiə Nazirliyinin, 3-ü Ədliyyə Nazirliyinin, 1-i Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu olub.
XS
SM
MD
LG