Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:12

İlham Əliyev: “Ağaclar heyifdir”


arxiv foto
arxiv foto
-
Mayın 2-də Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir


MƏĞLUB İKƏN, NECƏ DƏ RAHAT OLURSAN

Elçin Şıxlı
Elçin Şıxlı
“Zerkalo” qəzeti baş redaktoru Elçin Şıxlının yazısını dərc edib. Qəzet artıq həftəlik buraxılacaq. Elçin Şıxlı yazır:

“Yaxın adamlarım tez-tez deyirlər: “Durumu dəyişə bilmirsənsə, ona münasibəti dəyiş”. Ola bilər. Nəhslik də elə bundadır – bundan sonra daha rahat olacaq? Hələlik gündəlik buraxılışı dayandırıram. Ola bilsin kiməsə daha rahat olar...”

İLHAM ƏLİYEV: “AĞACLAR HEYİFDIR”

Prezident İlham Əliyev mayın 1-də Ağdaş rayonuna səfəri çərçivəsində Ləki dəmir yolu vağzalının yeni binasının açılışında iştirak edib. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısı vağzal binasının əvvəlki görüntülərini əks etdirən fotostendə baxıb. Burada Azərbaycan Prezidentinə Ağdaş-Qəbələ avtomobil yolunun yenidən qurulması layihəsinin sxemi təqdim edilib. Nəqliyyat naziri Ziya Məmmədov məlumat verib ki, 28 kilometr uzunluğunda yol yenidən qurulacaq və dördzolaqlı olacaq.

Z. Məmmədovun təqdimatına reaksiya verən İ. Əliyev deyib: “Dördzolaqlı olsa, onda gərək ağaclar qırılsın. Dörd zolağa ehtiyac yoxdur, ağaclar heyifdir. Qətiyyən olmaz. Yaxşı ki, mən gəldim və bu sxemi gördüm”.

“AZƏRSU” RƏHBƏRİ MÜSAHİBƏ VERİB

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov yap.org.az saytına müsahibəsində deyib:

“Master Plana əsasən hazırda Bakı şəhəri və Abşeron yarımadasının 40-dək yaşayış məntəqəsində layihələr icra edilməkdədir. Bu layihələr çərçivəsində yaşayış məntəqələrində mərkəzləşdirilmiş su təchizatı və kanalizasiya sistemləri yaradılır.
Bakı şəhəri və Abşeron yarımadasında əhalinin keyfiyyətli və dünya standartlarına uyğun içməli su ilə təmin etmək əsas prioritetimizdir. Bu məqsədlə inşa edilən Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğusunun tikintisi davam etdirilir.

Məhsuldarlığı saniyədə 6 kubmetr olacaq bu qurğuda müasir metodla təmizlənəcək su Bakı, Sumqayıt və Xırdalan şəhərləri və ətraf qəsəbələrdə yaşayan 1 milyona yaxın insanın içməli su təminatına öz töhfəsini verəcək”.

HÖKUMƏTİN “SOVETSKİ” PLANINDA YENİLİK

Sovetski
Sovetski
“Yeni Müsavat”: .... Bir məlumatda deyilir ki, “Sovetski”də mənzili 12-14 kvadratmetr olanlar üçün şəhərdən aralıda yeni evlər tikiləcək. Yerli sakinlərin arasında gəzən söz-söhbətə görə, metronun “Koroğlu” stansiyası ətrafında tikilən binalarda onlara evlər verilə bilər. Yasamal Rayon İcra Hakimiyyətində yaradılan komissiya bununla bağlı Nazirlər Kabineti ilə müzakirələr aparacaq.

Həmin müzakirələrin mayın 15-nə kimi başa çatacağı gözlənilir. Verilən qərara əsasən isə “Sovetski”də mənzilləri 20 kvadratmetrdən az olan vətəndaşlara yeni evlər veriləcək. Mənzilinin kvadratmetri bundan çox olan evlərin sahibləri isə 1500 manatdan pullarını alacaqlar.

Yasamal rayonundan deputat olan Ülvi Quliyev az kvadratlı mülk sahiblərinə şəhərdən kənarda evlərin tikilməsi planının olmadığını dedi: “Hələlik belə məsələ yoxdur. Kvadratı az olanlar üçün kompensasiyaların artırılması da nəzərdə tutulmayıb. Sadəcə, onların sənədsiz tikilmiş mülkləri, tikililəri də hesablanır, təzminat ödənilir. Bu da müsbət cəhətdir”.

DAŞINMAZ ƏMLAK BAZARINDA DÖNÜŞ OLACAQ

Bakının torpaq və mənzil bazarını araşdıran “MBA Consulting Group” bu sektorda qiymətlərin artdığını bildirib. Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, bazarda hesablanmış orta qiymət mart ayı ərzində 2,06 faiz artaraq 1992 $/kv.m-dən 2033 $/kv.m-ə qədər yüksəlib. Ümumən bazarda ötən aya nisbətən bu ay qiymətlərin artması ilə yanaşı, təklifin sayının azalması müşahidə edilib.

Ekspert Nüsrət İbrahimov “Azadlıq” qəzetinə açıqlamasında qiymət artımının ümumi mənzərəsinin bu cür olduğunu söyləyir. Ekspertin fikrincə, uzun perspektivdə götürəndə qiymətlərin artımı 2018-2019-cu illərə qədər ehtimal edilir. Amma qısa müddəti nəzərə alanda, hazırda artımın dayandığı və qarşıdan gələn yay fəslində qiymətlərin düşməsi müşahidə olunur:

“Artım bir də payız aylarında və yeni il qabağı olur. Ümumi qiymət artımı isə il ərzində 10-12 faiz civarında qiymətləndirilir”.

“VƏTƏNƏ XƏYANƏT EDƏN QÜVVƏLƏR İNDİ ÇOX NARAHATDIR”

“Vətənə xəyanət edən bir qrup şəxs istintaqa cəlb olunub. Bu şəbəkə çox genişdir və yoldaşlarının ifşa olunub üzə çıxarılmasında istintaqa yaxından kömək edirlər. Onlar bir-birilərinin əleyhinə ifadə verir, ad çəkirlər”. Hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov “Media forum” saytına belə deyib.
Siyavuş Novruzov
Siyavuş Novruzov
Siyavuş Novruzov bildirib ki, vətənə xəyanət edən şəbəkə üzvlərindən bir qrupu xarici ölkələrə qaçmaq istəyir, digərləri Azərbaycandakı xarici ölkə səfirlərinə sığınır, diplomatları məsələyə qoşurlar. YAP icra katibinin müavini qeyd edib ki, istintaq getdiyinə görə hakimiyyət rəsmiləri xarici ölkələrə işləyən şəbəkənin fəaliyyəti haqda geniş danışmamağı üstün tuturlar: “Biz geniş açıqlama vermək istəmirik. İstintaq başa çatanda burada hansı qüvvələrin maraqlarının olduğu, həmin şəbəkəyə kimlərin, hansı ölkələrin maddi, siyasi, texniki dəstək verdiyi, onları kimlərin ortaya atdığı bəlli olacaq. Həmin qüvvələrin dəstəyi nəticəsində vətənə xəyanət edən şəbəkə müxtəlif təşkilatlara, qurumlara Azərbaycan haqda dəqiq olmayan, qərəzli informasiyalar, hesabatlar göndərib, ölkənin imicinə zərbə vurmağa çalışıb. İstintaqın yekununda şəbəkənin arxasında duran qüvvələrin kimlər olduğu üzə çıxacaq. Həmin qüvvələr indi çox narahatdır”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG