Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 08:31

Ukraynada Qorlovka prokurorluğu ələ keçirilib, Donetsk qarşıdurmasında 26 nəfər yaralanıb


Donetskdə qarşıdurma
Donetskdə qarşıdurma
Ukraynada üzümaskalı naməlum şəxslər Qorlovka şəhərində prokurorluq binasını ələ keçirib.

Yerli informasiya agentliklərinin yazdıqlarına görə üzümaskalılar binadan kompyuterləri daşıyırlar. Binanın önündə isə cinayət işləri və prokurorluğa aid digər sənədlərin yandırıldığı tonqal qalanıb.

Bir gün əvvəl isə Donetskdə Rusiyameyilli qüvvələr vilayət prokurorluğuna hücum edərək binanı ələ keçiriblər. Bu binanı qoruyan təhlükəsizlik qüvvələrinin kordonuna qarşı “Molotov kokteyli”ndən vı daşlardan istifadə olunub. “İnterfaks”ın yaydığı məlumata görə, 26 nəfər yaralanıb, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Tibbi yardım üçün müraciət edənlərdən 4-ü güllə yarası alıb.

Hazırda Ukraynada prezidentin səlahiyyətlərini icra edən Aleksandr Turchinov “hökumətin müdafiə qabiliyyətini artırmağa dair ölçülər”lə bağlı fərman imzalayıb.
Bu sənəd, əsasən, silahlı qüvvələrin çağırışını yenidən bərpa etməyi nəzərdə tutur.
Artıq bir neçə həftədir ki, Ukraynanın cənub-şərqində gərginlik davam edir. Rusiya meyilli qüvvələr burada hökumət binalarını ələ keçirirlər. Bu gərginliyə son qoymaq məqsədilə hökumət “antiterror əməliyyatlara” start verib.

UKRAYNA BÖHRANI İLƏ BAĞLI BÜTÜN XƏBƏRLƏR

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG