Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 12:45

Oqtay Əsədov İsrail XİN-i ilə görüşüb


Mayın 1-də Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan İsrail xarici işlər naziri Avigdor Liberman-ın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov deyib ki, iki ölkə arasında bütün istiqamətlərdə, xüsusilə iqtisadi və siyasi sahələrdə əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycan və İsrail arasında 7 sənəd imzalanıb, 6 sənəd isə imzalanma ərəfəsindədir.

Azərbaycan ilə İsrail arasında 2013-cü ildə ticarət dövriyyəsi 1 milyard 300 min dollar təşkil edib. Oqtay Əsədov gələcəkdə ticari əlaqələrin daha da genişlənəcəyinə inandığını vurğulayıb. Azərbaycan-İsrail Sənaye Ticarət Palatasının yaradılmasının buna nümunə olduğunu deyib.

Parlamentin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini dəstəklədiyi, münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli istiqamətində göstərdiyi səylərə görə İsrail tərəfinə təşəkkürünü bildirib.

Avigdor Liberman iki ölkə arasında gələcəkdə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirib.

Xəbəri Milli Məclisin mətbuat xidməti yayıb.
XS
SM
MD
LG