Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 06:11

İrlandiyanın nüfuzlu siyasi lideri adam öldürmək şübhələrilə həbs oplunub


İrlandiyanın nüfuzlu Sinn Fein partiyasının lideri Gerry Adams 40 il əvvəl 10 uşağı olan qadının oğurlanıb, öldürülməsində əli olmaq şübhələrilə həbs olunub.

Həmin qadını İRA - İrlandiya Respublika Ordusu adlı təşkilat öldürmüşdü. Onlar qadın İRA-dan rəsmi Britaniya hakimiyyətinə məlumat ötürməkdə günahkar bilinmişdi.

O vaxt 25 yaşı olan Adams bildirir ki, onda o İRA-nın fəalı olsa da , qadının öldürülməsi və oğurlanması ilə bağlı deyil.

İRA Şimali İrlandiyanın Britaniyadan azadlığı uğrunda 30 il mübarizə aparıb. Bu dövrdə İRA bomba hücumlarından, qətllərdən çəkinməyib. 2005-ci ildə silhalı mübarizədən İRA imtina etdi.
XS
SM
MD
LG