Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:10

Bu gün 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Günüdür


-
1 May 120 ildir ki, dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik günü kimi qeyd edilir. Dünyanın 100-dən artıq ölkəsində ictimai bayram kimi, 70-ə yaxın ölkəsində isə dövlət səviyyəsində rəsmi bayram günü olaraq keçirilir.

Azərbaycanda 1 May 1920-ci ildən başlayaraq, bayram günü kimi qeyd olunub. SSRİ tərkibində olanda 1 May bayramı rəsmi bayram sırasında ən yüksək səviyyədə qeyd olunar və bununla bağlı keçirilən tədbirlərdə, televiziya və mətbuatda insanlara əməyin, zəhmətin nə qədər vacib olduğu aşılanardı. 1992-ci ildə isə bu bayram totalitar quruluşun ideoloji atributu kimi ləğv edildi.

Tarixdə bu bayramın keçirilməsi 1889-cu ilin iyulunda, Parisdə toplanan II İnternasionalın 1-ci Konqresində dünya zəhmətkeşlərinin birlik, mübarizə günü olaraq qəbul edildi. Hər ilin 1 may tarixini mitinqlər, aksiyalar və boykotlarla qeyd etmək qərarı alındı.
XS
SM
MD
LG