Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 12:05

Rusiya iqtisadiyyatı tənəzzüldədir


Putin və Sechin
Putin və Sechin
Beynəlxalq Valyuta Fondu bildirir ki, Rusiya iqtisadiyyatı tənəzüldədir

Fondun Rusiyadakı missiyasının rəhbəri Antonio Spilimbergo aprelin 30-da deyib ki, “tənəzzül iki rüb dalbadal mənfi artımdırsa, onda Rusiya iqtisadiyyatı tənəzzüldədir.”
Onun sözlərinə görə, BVF Rusiyaya proqnozunu bu il Daxili Məhsul üçün 1,2 faiz artımdan 0,2 faiz artıma qədər azaldıb.

Fond hesab edir ki, bu il Rusiyadan xaricə çıxarılan pul 100 milyard dollar olacaq.

Spilimbergo deyib ki, beynəlxalq sanskiyalar Rusiya iqtisadiyyatına ziyanı artıq vurub.

O həmçinin vurgulayır ki, sanskiya qorxusu sanksiyanın özündən daha güclü olur.

Fond rəsmisinin fikrincə, Rusiya iqtisadiyyatına investisiyalara da ziyan dəyib.

Başqa problemlər də var. ABŞ Rosneftin prezidenti İgor Sechinə qarşı sanksiyalar tətbiq edib. Bu o deməkdir ki, Rosneftlə işləyən BP və Exxon kimi şirkətlər öz işlərini davam etdirə bilərlər. Ancaq sabahısı gün sanskiya Rosneftə də tətbiq olunsa, onda Qərb şirkətləri Rosneftlə əlaqələri kəsməlidirlər.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG