Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 03:41

Əfqanıstanda mollanın qulaqlarını və burnunu kəsiblər


Əfqanıstanın Bağlan vilayətinin polis rəisi bildirib ki, 12 yaşlı qızı zorladığına görə, qisas məqsədilə yerli mollanın qulaqlarını və burnunu kəsiblər.

Seyid Əhməd adlı bu molla həm də qızın xalası oğludur. Qızın valideynləri mollanı qonaq çağırıblar, sonra da əllərini bağlayaraq bıçaqla qulaqlarını və burnunu kəsiblər.

Polis həm mollanı, həm də qızın valideynlərini tutub. 30 yaşlı molla polisə deyib ki, 3 ay qabaq qıza uyuşdurucu dərman verərək doğrudan da qızı zorlayıb.
XS
SM
MD
LG