Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:08

Putin Ukraynada rus ordusunun olmadığını deyir


-
Rusiya prezidenti Vladimir Putin deyir ki, Ukraynada rus hərbçisi və ya təhlükəsizlik qüvvəsi yoxdur. Putin aprelin 29-da Minskdə Ali Avrasiya İqtisadi Şurasının toplantısından sonra jurnalistlərə danışıb:

“Eşidirik ki, orada bizim təhlükəsizlik qüvvələri və ya təlimçilər var. Sizə məsuliyyətlə deyirəm: orada nə rus təlimçisi, nə təhlükəsizlik qüvvəsi, nə əsgər, nə də başqa bir kəs var”.

Onun sözlərinə görə, Qərb Ukraynada problem yaradıb, indi də buna görə “günah keçisi” axtarır və bu səbəbdən Rusiyaya sanksiya qoyur.

Putin əlavə edib ki, hökuməti sanksiyalara cavab olaraq bəzi addımlar təklif edib, ancaq indilik buna “ehtiyac” görmür. Ancaq bildirib ki, sanksiyalar davam etsə, Rusiya Qərb şirkətlərinin enerji layihələrində iştirakına yenidən baxa bilər.

XS
SM
MD
LG