Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:21

ABŞ səfirliyi Leyla Yunus və Arif Yunusla birbaşa əlaqə saxlayıb


-
“ABŞ səfirliyi hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunusovun aeroportda saxlanması məsələsini diqqətlə izləyir və onlarla birbaşa əlaqə saxlayıb. Onların xahişi ilə səfirliyin müvəqqəti işlər vəkili Hogan aprelin 28-də aeroportda onlarla görüşüb”.

Bunu ABŞ səfirliyinin mətbuat xidməti AzadlıqRadiosunun sorğusuna cavab olaraq bildirib.

Səfirlik bildirir ki, məsələylə əlaqədar Azərbaycan hakimiyyəti ilə əlaqə saxlanıb.
“Rauf Mirqədirovla bağlı məsələdə olduğu kimi, biz narahatıq ki, Azərbaycan hökumətinin atdığı addımlar Leyla və Arif Yunusların Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və etimadın möhkəmləndirilməsinə yönəlik xalq diplomatiyası layihələrində iştirakı ilə bağlı ola bilər”.
XS
SM
MD
LG