Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:48

NATO: “Rus ordusunun geri çəkildiyi müşahidə edilmir”


Rusiya hərbi birləşmələri Ukrayna sərhədində, 25 aprel 2014
Rusiya hərbi birləşmələri Ukrayna sərhədində, 25 aprel 2014
NATO bildirib ki, rus ordusunun Ukrayna sərhədindən geri çəkilməsi haqda məlumata malik deyil.

Alyansın sözçüsü Reuters-ə deyib ki, onlar Rusiyanı Ukrayna məsələsində dialoqa çağırmaqda davam edirlər.

Bazar ertəsi Rusiyanın Müdafiə Nazirliyi məlumat yaymışdı ki, müdafiə naziri Sergei Shougu ilə onun amerikalı həmkarı Hagel arasında telefon danışığı olub. Shoygu həmin söhbət zamanı deyib ki, qoşunu sərhəddən geri çəkməyə başlayıblar. Ukrayna ilə sərhədə ona görə təlim keçirirmişlər ki, bu ölkənin rəhbərliyinin öz xalqına qarşı silah işlətməsinə yol verməsinlər.
XS
SM
MD
LG