Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 20:57

Arif Yunusun vəziyyəti stabildir


-
1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən Arif Yunusun vəziyyəti stabil, huşu aydındır.

Bu haqda AzadlıqRadiosuna Arif Yunusun müalicə həkimi Südabə Həsənova məlumat verib.

“Arterial təzyiqin qalxması ilə əlaqədar bəzi problemlər olmuşdu. İndi onların hamısı düzəlib. Şikayəti ümumi zəiflikdəndir, təzyiqi stabilləşib. Yəqin ki, bu gün hələ qalacaq. Xəstəxanadan getməsi, ya da qalması qərarını sabah verəcəyik”.
Gözlə

No media source currently available

0:00 0:00:16 0:00
Direct-ə keçid

Arif Yunus ötən gecə ürəyində ağrılar başladığından 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb. Arif Yunusun həyat yoldaşı, hüquq müdafiəçisi Leyla Yunus hazırda Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində ifadə verir.
XS
SM
MD
LG