Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:09

Böyük Britaniya Rauf Mirqədirovun həbsinə münasibət bildirdi


Rauf Mirqədirov
Rauf Mirqədirov
Britaniyanın xarici işlər nazirliyi azərbaycanlı jurnalist və mülki cəmiyyət fəalı Rauf Mirqədirovun həbsindən narahat olduğunu bildirib.

Nazirliyin sözçüsü deyib ki, Britaniya hökuməti uzun illər Ermənistan və Azərbaycan vətəndaşlarını bir araya gətirmək və hər iki ölkə əhalisini balanslı xəbərlərlə təmin etmək üçün mülki cəmiyyəti dəstəkləyən layihələr gerçəkləşdirib.

Hər iki cəmiyyətdə başqa ölkələrin əhalisi ilə kontaktları olmayan yeni nəsillərin meydana gəldiyini qeyd edən sözçü bildirib ki, Britaniya hökuməti hər iki ölkə əhalisini sülhə hazırlayan belə layihələrin, o cümlədən üzbəüz kontaktların davam edəcəyinə ümid bəsləyir.

Rauf Mirqədirov aprelin 19-da Türkiyədən deportasiya edilib, Bakıya gələn kimi tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb.

Nəsimi Rayon Məhkəməsinin qərarı ilə Rauf Mirqədirov barəsində 3 ay müddətində həbs qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG