Keçid linkləri

Təcili xəbərlər
2021, 18 Oktyabr, Bazar ertəsi, Bakı vaxtı 03:28

Yay istirahətinə çıxarkən ehtiyatlı olun!


Antalya
-
Mədəniyyət və Turizm Nazirliyi yay mövsümünün başlanması ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Yay mövsümündə xarici ölkələrə turist səfərlərinin sayında artım müşahidə olunduğundan, nazirlik əhalinin nəzərinə çatdırır ki, turizm şirkətlərinin vasitəsilə səyahətlərini təşkil edərkən diqqətli olsunlar.

Birincisi, həmin şirkətə nazirlik tərəfindən turizm fəaliyyətinə verilmiş və qüvvədə olan lisenziyanın olub-olmamasını, turist vauçerini və «Turizm haqqında» Azərbaycan Respublikası Qanununun 9.1 maddəsinin tələblərinə uyğun olaraq şirkətlə müştəri arasında müqavilənin bağlanmasını tələb etsinlər.

İkincisi, turizm mövsümü zamanı turizm şirkətləri və yerləşdirmə obyektlərinin fəaliyyəti ilə bağlı hər hansı problemlə üzləşdiyiniz halda Mədəniyyət və Turizm Nazirliyinin 147 qaynar xəttinə və ya muraciet@mct.gov.az elektron ünvanına rəsmi müraciət edə bilərsiniz.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG