Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:44

Anar Məmmədlinin məhkəməsi mayın 5-də davam edəcək

Aprelin 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.

Anar Məmmədli 2013-cü il dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətini aşmaqda, o cümlədən seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirləndirilir.

Beynəlxalq hüquq-müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini «vicdan məhbusu» sayır.

Müdafiə tərəfi bildirir ki, Anar Məmmədlinin həbsinin əsl səbəbi ötən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqini aparmasıdır


Məhkəmədən xəbərlər daim yeniləndiyindən ən sonuncu məlumatlar mətnin əvvəlindədir
11:12 28.4.2014

ZƏRƏRÇƏKƏNLƏR ANAR MƏMMƏDLİNİN HƏBSDƏN AZAD OLUNMASINI İSTƏMİŞDİLƏR
Bəşir Süleymanlı
Bəşir Süleymanlı
«Biz məhkəmədə dindiriləcək zərərçəkənlərin, şahidlərin ifadələri əsasında öz sübutlarımızı və arqumentlərimizi səsləndirəcəyik. Ötən məhkəmə prosesində zərərçəkənlər özlərini zərərçəkən kimi görmədiklərini bildirmişdilər, Anar Məmmədlini həbsdən azad olunmasını istəmişdilər. Yəqin ki, bu dəfə də zərərçəkənlər bizim mövqeyimizi dəstəkləyəcəklər. Çünki onlar bizdən heç bir zərər çəkmədiklərini deyirlər».

Bunu AzadlıqRadiosuna Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin icraçı direktoru Bəşir Süleymanlı deyib.
XS
SM
MD
LG