Keçid linkləri

Təcili xəbərlər
2020, 26 Noyabr, Cümə axşamı, Bakı vaxtı 13:48

Krımda yanacaq qıtlığı başlayıb


Foto: Arxiv
-
Krımda benzin və dizel yanacağı təminatı ilə bağlı ciddi problemlər yaranıb.

Rusiya yarımadanı özünə birləşdirdikdən sonra Ukraynadan gələn təchizat yollarının çoxu bağlanıb.

Bu barədə «Reuters»ə yerli nümayəndə məlumat verib. Krımdakı yanacaqdoldurma məntəqələrinin sahibləri artıq yarımadada neft məhsulları ilə bağlı ciddi problemləri yarandığını bildirirlər. Moskva isə onlardan qiymətləri aşağı salmağı tələb edir.

Yay mövsümündə Krıma gələn turistlərin də yanacaq qıtlığı ilə üzləşə biləcəyi qeyd olunur.

Ukraynanın enerji şirkəti ödənilməmiş 60 milyon dollara borca görə Krıma elektrik enerjisi verilməsini azalda biləcəyini bəyan edir.
XS
SM
MD
LG