Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 07:05

Amerikalı senator #azadet kampaniyasına qoşulub


Benjamin Cardin
Benjamin Cardin
-
ABŞ senatoru Benjamin Cardin Azərbaycanda siyasi və vicdan məhbuslarının azad olunmasını tələb edən sosial şəbəkələrdəki #azadet kampaniyasına qoşulub.

Senator bu barədə öz twitter səhifəsində yazıb:
«Azərbaycan qanunun aliliyinə hörmət etməli və NİDA-çıları azad etməlidir. Azərbaycandakı vicdan məhbusları azad olunmalıdır».

Aprelin 14-dən başlayaraq facebook və twitter-də Azərbaycandakı vicdan və siyasi məhbusların azad olunmasını tələb edən #azadet kampaniyasına başlanılıb.

Həmin vaxtdan sosial şəbəkə istifadəçiləri #azadet açar sözü ilə siyasi və vicdan məhbuslarının azadlığa buraxılmasını hədəfləyən müxtəlif status və «tweet»ləri paylaşırlar.
XS
SM
MD
LG