Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 17:42

Ukrayna separatçıları ATƏT müşahidəçilərini girov götürür


Slovyansk, 23aprel 2014
Slovyansk, 23aprel 2014
Ukraynanın şərqində, Slavyansk şəhərindəki separatçılar 13 nəfəri girov götürüb.

Ukrayna daxili işlər nazirliyinin məlumatına görə, aprelin 25-də Kramatorsk istiqamətindən Slavyansk şəhərinə daxil olarkən naməlum şəxslər ATƏT-in müşahidəçilərini daşıyan avtobusu saxlayıb, onun sərnişinlərini Slavyanskda separatçıların qərargah kmi istifadə edilən yerli təhlükəsizlik xidmətinin binasına aparıblar.

Avtobusada gedən 7 beynəlxalq müşahidəçi ilə yanaşı, Ukrayna silahlı qüvvələrinin 5 əməkdaşı və sürücü də girov götürülüb.

Xəbərdə bildirilir ki, separatçılarla danışıqlar nəticəsiz qalıb. Onlar “Rusiya Federasiyasının səlahiyyətli orqanlarından göstəriş almayana qədər” girovları azad etməkdən imtina edilər.

Aprelin 17-də Cenevredə əldə olunan Ukrayna razılaşmasına əsasən, regiona ATƏT-in müşahidəçilər qrupu göndərilmişdi. Bu danışıqların nəticələrini qəbul etməyən separatçılar indiyədək onlarla adamı girov götürüblər. Onların arasında Qərb jurnalistləri də olub.

Belə girovlardan biri, Kramatorsk şəhər şurasının deputatı Vladmiri Rybak-ın meyiti isə Slavyansk yaxınlığında çaydan tapılmışdı.
XS
SM
MD
LG