Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:47

Lavrov Vaşinqtonu əlavə tələblər qoymaqda ittiham edir


Rusiyanın xarici işlər naziri Lavrov Vaşinqtonu ittiham edib ki, Moskvaya əlavə tələblər qoymaqla Ukrayna üzrə sazişi pozur. Aprelin 25-də Lavrov deyib ki, Rusiya Cenevrə sazişində nəzərdə tutulduğu kimi Ukraynada gərginliyi azaltmağa kömək edəcək.

Ancaq nazirin sözlərinə görə, Vaşinqtonun birtərəfli tələbləri hər şeyi dəyişir. Lavrov həmçinin bildirib ki, Ukrayna hökuməti Şərqi Ukraynada qanlı əməliyyata görə ədalət qarşısında cavab verəcək.

Bundan bir az əvvəl Dövlət katibi John Kerry demişdi ki, Ukraynaya münasibətdə öz kursunu dəyişməyə Rusiyaya verilən “imkan pəncərəsi” bağlanır. O deyib ki, Cenevrə razılaşmalarını həyata keçirmək üçün Rusiya bir addım belə atmayıb.
XS
SM
MD
LG