Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:35

«Yeni Müsavat»ın reportyoru Fərahim İlqaroğluna hücum olub [Video]


Fərahim İlqaroğlu
Fərahim İlqaroğlu
-

«Yeni Müsavat» qəzetinin reportyoru Fərahim İlqaroğlu aprelin 25-i səhər saatlarında evinin qarşısında hücuma məruz qalıb. AzadlıqRadiosuna müsahibəsində jurnalist ona müxtəlif bədən xəsarətləri yetirən şəxsi tanımadığını və hücumun səbəbini bilmədiyini deyib:

- Saat 10:30 radələri olardı, evdən çıxıb işə gedirdim. İşlə ev arasında haradasa 200-300 metr məsafə olar. Maşını işə salanda tanımadığım, elə mən yaşda, amma idmançı görkəmi olan bir nəfər məni blokun ağzına çağırdı və çatan kimi vurmağa başladı. Dedim ki, sən kimsən axı, tanımıram, nə məsələdir. Heç bir söz demədən vurmaqda davam edirdi. Bıçağı çıxartdı ki, vursun, qışqıraraq blokdan həyətə qaçdım, adamlardan kömək istədim. Dişlərim qırılıb, burnum sınıb. Bütün ağzım qan içində idi. Bir nəfər yoldan keçirdi, onun dalınca qaçdım ki, kömək eləsin, bu zaman həmin adam qaçıb uzaqlaşdı. Sonra polisləri çağırdım.

Döyülmə videosu

(Fərahim İlqaroğlunun döyüldüyü video kadrları elə jurnalsitin öz maşınındakı videoreqistrator qeydə alıb)


- Sənə hücum edən adam neçə yaşında olardı, görkləmi necə idi, necə geyinmişdi?

- Mənimlə yaşıddır, bəlkə də bir az böyük olardı, amma dolu, idmançı görkəmi var idi. Əynində qırmızı gödəkçə, başında da qırmızı papaq var idi. Məni vuranda papağı gözünün üstünə basmışdı. Hiss olunurdu ki, üzünü gizlətməyə çalışırdı.
- Həmin adamı indiyə qədər haradasa görməmişdin ki?

- Birinci dəfə idi həmin şəxsi görürdüm.
- Bəlkə hansısa yazılarınla bağlı olub, elə bir ehtimalların yoxdur ki?

- Yox, belə bir yazılarım olmayıb, Bilmirəm nə məsələdir...
- İndi haradasan?

- Hücuma məruz qalandan sonra Daxili İşlər Nazirliyinin «102» xidmətinə müraciət etdim. Xətai rayon polis idarəsinin əməkdaşları gəldi. Onlarla birgə getdik Nizami rayon polis idarəsinə. Sonra məni gətirdilər hadisə yerinə, təkrar Nizami polisinə gedirik.
- Sənə hücum olan yerdə müşahidə kameraları varmı?

- Mənə hücum olan yerdən bir qədər aralı, küçənin başında kamera var. Ola bilər ki, həmin şəxs o kameraya düşsün.
- Səni vuranda həmin şəxs bir söz demirdi ki?
- Heç bir söz demirdi. Sadəcə mən ona deyəndə ki, niyə məni vurursan, mən bu binada yaşayıram, dedi nə olsun ki, yaşayırsan. Qulağıma o qədər vurmuşdu ki, onun səsini də normal eşidə bilmirdim.

İki gün öncə jurnalist Fərahim İlqaroğlunun avtomobili avtoxuliqanlıq edən bir şəxs tərəfindən vurulmuşdu. Jurnalist qəza törətdikdən sonra sürətlə şütüyüb aradan çıxan həmin şəxsi öncədən avtomobilinə yerləşdirilmiş videokameranın lent yaddaşından istifadə edərək tapdırmışdı.

Bu hadisənin həmin qəza olayı ilə bağlı olub-olmadığı hələlik bilinmir.

DİN-dən AzadlıqRadiosuna bildirdilər ki, jurnalistə hücum faktı araşdırılır.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG