Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:25

Haruki Murakami «Qadınsız kişilər»dən yazdı


Haruki Murakami
Haruki Murakami
-
Ünlü yapon yazıçısı Murakami-nin Yaponiyada yeni kitabı çapdan çıxıb.

France-Presse-in yaydığı xəbərə görə, ilkin tirajı 300 min olan və “Qadınsız kişilər” adlanan kitab 6 hekayədən ibarətdir.

Hekayələrin hər birində sevdiyi qadınını itirən bir kişinin taleyindən söz açılır.

Aprelin 18-dən satışa çıxarılan kitab artıq yazıçının sənət heyranlarının dilinə düşüb.
Murakami istedadının 70 vurğunu Tokiodakı “Kinokuniya” dükanında kitabın satışa çıxarılacağı anı gözləyib. Elə həmin dükanda yazıçının əsərlərini daha yaxşı bilənlərin yarışı keçirilib. Onlardan biri belə deyib:

“Murakami həvəslə oxunan novellalarıyla tanınır. Yeni kitabı səbrsizliklə gözləyirdim”.
1949-cu ildə Yaponiyanın qədim paytaxtı Kiotoda doğulan Murakami dünyanın ən məşhur yazıçılarından biridir.

Onun kitabları 40-dan çox dilə çevrilib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG