Keçid linkləri

Təcili xəbərlər
2021, 29 Sentyabr, çərşənbə, Bakı vaxtı 05:55

“Mançester Yunayted”in baş məşqçisi istefaya göndərildi


David Moyes
“Mançester Yunayted” baş məşqçisi David William Moyes istefaya göndərib.
Bu barədə klubun saytı məlumat yayıb.

Xatırladaq ki, Alex Ferguson məşqçi karyerasını bitirdikdən sonra komandada onu əvəz edən Moyes 6 illik müqavilə imzalasa da komandada cəmi 11 ay çalışıb. Hazırda klub 34 turdan sonra İngiltərə Premyer Liqasında 7-ci yeri tutur. Komanda Çempionlar Liqasının 1/4 finalında isə mübarizəni dayandırıb.

İngiltərə mətbuatının yazdığına görə, bu vəzifəyə namizədlər arasında Jürgen Klopp , Laurent Blanc, Diego Simeone və Ryan Giggsin adları var.
XS
SM
MD
LG