13:08
22.4.2014
Məhkəməni izləyən fəallardan birinin fotosu
13:46
22.4.2014
NİDA-çı gənclərin aprelin 22-də keçirilən məhkəmə prosesi başa çatıb.
NİDA-çı gənclər valideynlərini aclıq aksiyasına son qoymağa çağırıblar. Onlar deyiblər ki, əks halda onlar quru aclığa başlayacaqlar, yəni su içməyi də dayandıracaqlar.
Gənc fəalların məhkəməsindən geniş reportajı az sonra AzadlıqRadiosunun səhifəsindən izlə.

14:50
22.4.2014
#NIDA Həbsdə olan NİDA-çılar valideynlərindən aclığı dayandırmağı istəsələr də... http://t.co/uERp7GjUp2
— AzadliqRadiosu (@RadioAzadliq) 22.4.2014
15:01
22.4.2014
Vəkil:«Aclıq edən NİDA-çılar zəifləyib»
Aprelin 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan NİDA-çı gənclərin məhkəməsi keçirilib. Polis məhkəməni izləyəməyə gələnləri ərazidə toplaşmağına icazə verməyib. Məhkəmədən sonra açıqlama verən vəkil Əsabəli Mustafayev proses haqda danışıb.