Keçid linkləri

2025, 09 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 02:00

Güntay Gəncalp hürufiliyi də tənqid edir


-

Bir müddət əvvəl Səfəviləri tənqid edən kitabı ilə müzakirələrə yol açan araşdırmaçı yazar Güntay Gəncalp bu dəfə "Alatoran yayınları"nda çap olunan yeni - "Hürufilik nədir, nə deyildir?" kitabını təqdim edib.

Kitabı digər araşdırma əsərlərindən fərqləndirən özəllik odur ki, müəllif hürufiliyə həm də tənqidi yanaşıb.

Hürufilik ortaya çıxdığı gündən etibarən, araşdırmaçıların diqqətini cəlb edib.

Bu kitab da müxtəlif mənbələrə dayanaraq hürufiliyi incələyir.

Kitabın bir bölümü Füzulinin dünyagörüşü ilə hürufiliyin müqayisəsinə həsr edilib.

Bu müqayisə yolu ilə həm hürufilik, həm də Füzuli görüşlərinin daha ayrıntılı anlaşılmasına imkan yaranıb.
XS
SM
MD
LG