Keçid linkləri

2025, 23 May, Cümə, Bakı vaxtı 16:04

Rusiya vətəndaşlığını almaq asanlaşır


-
Rusiya prezidenti Vladimir Putin keçmiş sovet məkanında rusdillilər üçün Rusiya vətəndaşlığı almağı asanlaşdıran qanunu imzalayıb. Daha bir qanun Rusiyada işləyən miqrant fəhlələrin öhdəliklərini müəyyənləşdirir.

İTAR-TASS xəbər verir ki, Rusiya Federasiyası, keçmiş Rusiya İmperiyası, yaxud SSRİ ərazisində daimi yaşayan, daimi yaşayan qohumları olan, yaxud əvvəl yaşamış rusdilli şəxsin Rusiya vətəndaşlığı alması mümkündür.

Qanuna görə, indi bu prosedur əvvəlkindən daha sadə və sürətlidir.

Putinin imzaladığı digər qanun miqrantlar üzərində rus dilini, tarixini və Rusiya qanunlarına dair əsas faktları bilmək öhdəliyi qoyur.

Miqrantlar Rusiyada yaşamaq icazəsini uzadan zaman bu biliklərə malik olduqlarını sübut etməlidirlər.
XS
SM
MD
LG