Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 05:20

ABŞ dövlət katibi köməkçisinin müavini Azərbaycana səfər edib


Julia Nesheiwat
Julia Nesheiwat
-
Enerji Resursları Bürosunda İcra üzrə ABŞ dövlət katibi köməkçisinin müavini Julia Nesheiwat bərpa olunan enerji resursları sahəsində əməkdaşlıq üçün potensial sahələri müzakirə etmək məqsədilə bu həftəsonu Azərbaycanda olub.

ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən apa-ya verilən məlumata görə, ABŞ-ın Azərbaycandakı səfiri Richard Morningstar və xanım Nesheiwat Azərbaycan Respublikası Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi (ABEMDA) ilə görüş keçirib.

Daha sonra xanım Nesheiwat Balaxanıdakı Tullantıların İdarə Olunması zavoduna, o cümlədən Tullantıların Enerjiyə Çevrilməsi zavoduna səfər edib.

Xanım Nesheiwat bildirib ki, Azərbaycanın alternativ və bərpa olunan enerji resursları sahəsində əldə etdiyi irəliləyişi görmək onu çox sevindirib.

«Azərbaycan neft və qaz ölkəsi kimi tanınır, lakin biz Azərbaycanı həm də alternativ enerji resursları ölkəsi kimi tanımalıyıq. Azərbaycan təmiz enerji sahəsində böyük irəliləyişə nail olub və biz Azərbaycanla bu sahədə güclü tərəfdaşlığın qurulmasını səbirsizliklə gözləyirik», - deyə o qeyd edib.
XS
SM
MD
LG