Keçid linkləri

Təcili xəbərlər
2020, 01 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:52

Yerə «qohum» planet tapılıb




Astronomlar Yerə bənzər uzaq planet tapdıqlarını deyirlər. Yerdən 10 faiz böyük olan bu planeti NASA-nın Kepler teleskopu aşkarlayıb.

Kepler-186f adlanan planet Yerdən 500 işıq ili məsafədədir. Astronomlar bu planetdə həyat ola biləcəyini istisna etmirlər. Belə ki, ulduzundan yetərli məsafədədir. Burda iqlim həyat üçün nə çox soyuq, nə də istidir.

Bu planet artıq «Yerin qohumu» da adlandırılıb, çünki Günəşdən balaca və zəif ulduz ətrafında fırlanır.

2009-cu ildə işə düşəndən, Kepler 961 planet təsdiqləyib.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG