Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:01

İlham Əliyev Azərbaycandakı pravoslavları təbrik edib


Foto: Arxiv
Foto: Arxiv
-
Prezident İlham Əliyev Azərbaycandakı Pravoslav icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Təbrikdə deyilir ki, Azərbaycanda tarixən təşəkkül tapmış səmavi dinlər yüz illər boyu qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərərək, cəmiyyətdə mükəmməl etnik-dini tolerantlıq mühitinin və multikultural ənənələrin formalaşmasında müstəsna rol oynayıb:
«Təsadüfi deyildir ki, bu gün Azərbaycan bütün dünyada sivilizasiyalararası və mədəniyyətlərarası dialoq məkanı kimi tanınır və qəbul edilir.

Azərbaycan Respublikasında dövlət-din münasibətləri demokratik prinsiplərə və beynəlxalq hüquq normalarına uyğun şəkildə tənzimlənmiş, dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq, hər kəsin etiqad və vicdan azadlığı təmin edilib. Ölkəmizin dindar təbəqəsi, o cümlədən xristian inanclı vətəndaşlarımız dini etiqad və ayinlərini, milli bayram və mərasimlərini azad və sərbəst şəkildə icra edir, ictimai-siyasi, mədəni-mənəvi həyatımızın bütün sahələrində, vətəndaş cəmiyyəti quruculuğunda yüksək fəallıq göstərirlər».

Prezident təbrikində deyir ki, hər il Azərbaycanda təntənə ilə qeyd edilən Pasxa bayramı əmin-amanlığın, həmrəyliyin, xeyirxahlıq və şəfqət duyğularının rəmzidir:

«Bu əziz gündə bir daha sizə xoş bayram ovqatı, ailələrinizə sevinc və firavanlıq arzulayıram».
XS
SM
MD
LG