Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:55

Ukraynada Milli Qvardiyaya hücum edilib, tələfat var

- Ötən gecə Maripul şəhəri yaxınlığında Ukrayna Milli Qvardiyasına separatçılar hücum edib. Daxili İşlər naziri atışmada separatçılardan 3 nəfərin öldürüldüyü bildirir.

- Çenevrədə Ukrayna, ABŞ, Rusiya və Avropa Birliyi rəsmilərinin Ukrayna böhranına dair müzakirəsi nəzərdə tutulur.

- BMT Ukraynadakı zorakılıq barədə xəbərdarlıq edir.



Hadisələri bizim LiveBlog-da izlə.

Ən son xəbərlər yazının yuxarı bölümündədir.
Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.
19:44 17.4.2014
Ukraynanın Baş naziri Arseniy Yatsenyuk
Ukraynanın Baş naziri Arseniy Yatsenyuk

Yatsenyuk Cenevrə danışıqlarına böyük ümid bəsləmir

Ukraynanın baş naziri Yatsenyuk deyib ki, aprelin 17-də Cenevrədə gedən Ukrayna-Rusiya-ABŞ-Avropa Birliyi danışıqlarına böyük ümid bəsləmir.

O bunun səbəbini izah edərək bildirib ki, Rusiyaya inam yoxdur. O, Ukraynanın şərqində vəziyyətin qızışmasında Moskvanı ittiham edib.

Aprelin 17-də Cenevrədə Rusiyanın xarici işlər naziri Lavrov, Ukraynanın xarici işlər naziri Deshchytsya, ABŞ Dövlət katibi Kerry və Avropa Birliyinin xarici siyasət rəhbəri Ashton Ukrayna böhranını müzakirə edir.

Davamı

XS
SM
MD
LG