Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:55

ABŞ Konqresinin nümayəndə heyəti gəlir


-
Bu həftəsonu Bakıya ABŞ Konqresinin nümayəndə heyəti gəlir.

Bu barədə ABŞ səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Nümayəndə heyətinə Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Ed Royce başçılıq edəcək. Nümayəndə heyətinə Komitə üzvü Eliot Engel, Nümayəndələr Palatasının üzvləri Lois Frankel və David Cicilline daxildir.

Heyət Azərbaycan hökumətinin rəsmiləri və mülki cəmiyyət üzvləri ilə görüşəcək.
Amerikalı qonaqlar Bakıdan sonra Kiyev və Yerevana gedəcəklər.
XS
SM
MD
LG