Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 20:28

İraqlı ailələr Fəllucəni tərk edirlər


İraqda mindən çox ailənin Fəllucədə hökumətin islamçı yaraqlılara qarşı mümkün hava hücumları öncəsi qaçmağa başlayıb.

AzadlıqRadiosunun İraq xidməti aprelin 15-də məlumat yayıb ki, 1200-dən çox ailə Fəllucədən çıxıb. Bu həftə İraq ordusu Fəllucəyə vərəqələr buraxaraq, sakinlərə hücum barədə xəbərdarlıq göndərib. Məqsəd şəhəri yaraqlılardan almaqdır.

Baş nazir Nuri al-Maliki Əl-Qaidəyə bağlı yaraqlıları su bəndinə nəzarəti ələ keçirəndən sonra mümkün hücum barədə xəbərdarlıq edib.


Yaraqlılar Fəllucə və Ramadi şəhərinin bəzi hissələrini ələ keçiriblər. 3 aydan çoxdur Ənbərdə toqquşmalar gedir.
XS
SM
MD
LG