Keçid linkləri

2025, 17 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 15:06

Putin Ukraynanı xəbərdarlıq edib


V. Putin
V. Putin
Rusiya prezidenti Vladimir Putin Ukraynanı «vətəndaş müharibəsinin astanasında dayanması» ilə bağlı xəbərdarlıq edib.

Kremldən bildiriblər ki, Putin bunu ötən gün Almaniya kansleri Angela Merkel-lə telefon danışığı zamanı deyib. Bu söhbətdən bir neçə saat əvvəlsə Ukrayna silahlı qüvvələri ölkənin şərqində Rusiya yönlü təxribatçıların tutduğu kiçik hərbi aviabaza üzərində nəzarəti bərpa ediblər.

Ukraynanın hazırkı prezidenti Oleksandr Turchynov bildirib ki, Kramatorskdakı baza «azad edilib».

Daha bir əməliyyatın Slovyansk yaxınlığında aparıldığı da bildirilir.
XS
SM
MD
LG