Keçid linkləri

Təcili xəbərlər
2020, 28 Noyabr, şənbə, Bakı vaxtı 06:38

ATƏT Parlament Assambleyası prezidentinin Azərbaycana səfəri başlayıb


ATƏT Parlament Assambleyasının (PA) prezidenti, Monteneqro parlamentinin sədri Ranko Krivokapić-in başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri başlayıb.

Səfər aprelin 17-dək davam edəcək.

ATƏT PA prezidentinin MM sədri Oqtay Əsədov, baş nazir Artur Rəsizadə, xarici işlər naziri Elmar Məmmədyarov, iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.

Səfər çərçivəsində Azərbaycan MM-lə ATƏT PA arasında Assambleyanın Bakıda olacaq 23-cü illik sessiyasının keçirilməsinə dair saziş də imzalanacaq. /APA/
XS
SM
MD
LG