Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:34

Berlusconi həbs cəzasını qocalar evində işləməklə çəkə bilər


İtaliya məhkəməsinin qərarına görə keçmiş baş nazir Belusconi həbs cəzasını qocalar evində işləməklə çəkə bilər. Aprelin 15-də Milan məhkəməsi qərar verib ki, Berlusconi yaşlılar üçün mərkəzə həftədə bir dəfə getməlidir və azı 4 saat işləməlidir.

Vergi saxtakarlığına görə həbs cəzası alan Berlusconi məhkəmə qərarı ilə vaxtının çoxunu yaşadığı Lombardiya regionunda keçirə bilər.

77 yaşlı Berlusconi 4 il həbs cəzası almışdı, sonra bunu 1 ilə saldılar. Sonuncu addıma səbəb İtaliyada həbsxanaların dolu olması ilə əlaqədar aparılan islahatdır.
XS
SM
MD
LG