Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:12

İstanbulda Şəhriyarın xatirəsi anılacaq


Şəhriyarın məzarı
Şəhriyarın məzarı
İstanbul Türkiyə Azərbaycan Dərnəyi Azərbaycanın böyük şairi Məhəmməd Hüseyn Şəhriyarın vəfatının 25-ci ildönümü ilə əlaqədar yazıçı Esmira Fuadın «Məhəmməd Hüseyn Şəhriyar» kitabını nəşr edib.

AzadlıqRadiosunun müxbiri Gülər Abbasovanın İstanbuldan verdiyi xəbərə görə, Azərbaycan Dərnəyi aprelin 18-də Türk Dünyası Kültür Evlərində böyük şairin xatirə gecəsini və kitabın təqdimat mərasimini təşkil edəcək.

Tədbirdə İstanbul Universiteti Ədəbiyyat fakültəsinin dekanı, professor, doktor Məhəmməd Nur Doğan, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, filologiya elmləri doktoru, professor İsa Həbibbəyli, yazıçı-tədqiqatçı Yusif Gədikli və başqaları iştirak edəcək.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG