Keçid linkləri

2017, 24 İyul, Bazar ertəsi, Bakı vaxtı 23:01

Bakı-Sumqayıt yolunda ağacların kəsilmə səbəbi


Arxiv foto
-


Bakı-Sumqayıt yolunda ağacların kəsilməsi dövlət əhəmiyyətli yolun genişləndirilməsi ilə bağlıdır.

Bunu AzadlıqRadiosuna Ekologiya və Təbii Sərvətlər Nazirliyindən (ETSN) bildiriblər.

AĞACLAR QOCALIB

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbarihimova AzadlıqRadiosuna bildirib ki, dövlət əhəmiyyətli layihələr icra edilərkən ağac kəsimi onlarla razılaşdırılır:

«Bəzi hallarda qanuni yolla ağac kəsiminə icazə verilir. Bakı-Sumqayıt yolunda kəsilən ağacların yaşı ötdüyündən, onların köçürülməsi mümkün olmadı. Buna görə də məcbur qaldıq ki, həmin ağacların kəsilməsinə icazə verək. Orada nə qədər ağac kəsiləcəksə, əvəzində 10 misli qədər yeni ağaclar əkiləcək».

ƏVƏZİNDƏ DAHA ÇOX AĞAC ƏKİLƏCƏK

Nazirlər Kabinetinin 2005-ci il 19 sentyabr 173 nömrəli qərarı ilə təsdiq olunmuş qaydalara görə, dövlət əhəmiyyətli layihələr zamanı Respublika Meşə Fonduna daxil olmayan ağac, kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması ETSN ilə razılaşdırılmalıdır. Qaydaya görə, qurumuş ağaclar kəsilir, köçürülməsi mümkün olan ağaclar başqa əraziyə köçürülür və kəsilmiş ağacların əvəzinə başqa ərazilərdə on misli ağac əkilir.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG