Keçid linkləri

2024, 17 İyun, Bazar ertəsi, Bakı vaxtı 18:53

Ukrayna Milli Qvardiyasının bazasına hücum olub, ölənlər var

- Ukrayna ordusu Kramatorska daxil olur, lakin silahlı separatçılar tərəfindən tərksilah olunurlar

- Ukrayna ordusundan ələ keçirilmiş zirehli texnika Slavyansk şəhər icra hakimiyyətinin binasını nəzarətə götürür. (Başqa versiyaya görə zirehli texnika separatçılara könüllü təslim edilib)

- Donetsk şəhər bələdiyyəsinin binasını zəbt edən separatçılar siyasi tələblər irəli sürürlər.

- Ukrayna təhlükəsizlik xidməti separatçıların telefon danışığının səsini yayıb. İddia olunur ki, onlara əmr verən şəxs Rusiya hərbi kəşfiyyatı qərargahının zabitidir


Hadisələri bizim LiveBlog-da izlə.

Ən son xəbərlər yazının yuxarı bölümündədir.
Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.
15:01 16.4.2014

UKRAYNA HADİSƏLƏRİ FOTOLARDA

14:37 16.4.2014
Ukrayna ordusunun hərbi maşınlarını ələ keçirən separatçılar bu texnika ilə necə davranmağı yaxşı bilirlər. Kramotorskdan Slovyanska gələrək bu şəhərin mərkəzində mövqe tutan hərbi texnikanın sükanı arxasında əsl peşəkardır.
14:29 16.4.2014
Kramatorksda separatçılar BMD-lərdə (desant döyüş maşını) hərəkət edirlər.
14:21 16.4.2014
Ukrayna təhlükəsizlik xidmətinin yaydığı video Rusiya hərbi kəşfiyyat idarəsinin zabiti ilə Ukraynanın qərbində hökumət binalarını zəbt edən qruplaşma rəhbəri arasındakı telefon danışığı kimi təqdim olunur.

Söhbət zamanı qruplaşma rəhbəri deyir ki, 25 nəfərlik Ukrayna ordu birləşməsini mühasirəyə alıblar, onlar təslim olmaq istəmirlər. Müsahibi cavab verir ki, "Romaşka"nın gəlməyini gözləsinlər, sonra da Ukrayna hərbçilərini tərksilah etsinlər, müqavimət göstərdikləri halda məhv etsinlər.

Eyni videodakı başqa bir söhbətdə, Donetsk separatçılarının lideri Gubarevin həyat yoldaşı ərinə zəng edərək polis bölməsinin ələ keçirilməsi haqda metodik göstərişlərə ehtiyac olduğunu deyir. Bildrir ki, belə bir yazılı təlimat lazımdır. Onun əri cavab verir ki, polis bölməslərini zəbt edən şəxslər son 15 ildə ancaq müharibə ilə məşğul olan peşəkarlardır (demək isitəyir ki, belə əməliyyatları yazılı təlimatlarla həyata keçirmək sadəlöhvlükdür)

Davamı

XS
SM
MD
LG