Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 13:45

İtirilmiş 16 illik müavinəti kim ödəyəcək?


Arxiv - foto
Arxiv - foto
“3 il 7 ay Qarabağda könüllü vuruşmuşam. 16 il də veteran vəsiqəsinə görə sürünmüşəm. Birtəhər vəsiqəni əldə edə bildim. Ancaq nə olsun?”

Bunları AzadlıqRadiosunun “Qaynar xətt”inə Masallının Qızılavar kənd sakini Rəhim Yusifmalıyev deyir. O, hökumətdən itirdiyi 16 illik müavinətini tələb edir:

“VETERAN VƏSİQƏSİNƏ GÖRƏ 16 İL SÜRÜNDÜM”

“16 il vəsiqəyə görə Masallının hərbi komissarlığı ilə Müdafiə Nazirliyi arasında qaldım. Nəhayət, 2013-cü ildə Nazirliyin Arxiv və işlər İdarəsindən sənədlərimi əldə edib veteran vəsiqəmi düzəldə bildim. Ancaq sənədləri Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə təqdim etdim. Karta pul vurulanda məlum oldu ki, itirdiyim 16 ilin müavinətini hesablamayıblar. Əgər hansısa qurumlar mənə sənədi vaxtında verməyiblərsə, bunun təqsiri məndədir? Sənədlə də sübut olunub ki, mən 3 il 7 ay könüllü döyüşçü olmuşam. Deməli, vəsiqə yolunda itirdiyim 16 ilin də müavinəti hesablanmalıdır”.

MÜAVİNƏT MÜRACİƏT ETDİYİ GÜNDƏN HESABLANIB

Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsindən “Qaynar xətt”ə bildiriblər ki, Rəhim Yusifmalıyevin sənədləri şöbəyə 2013-cü ildə daxil olub. 2014-cü ilin yanvar ayında ona müavinət təyin olunub və həmin ayın sonunda kart təqdim edilib. Müavinət müraciət etdiyi gündən hesablanıb.

“Rəhim Yusfmalıyevin narazılığı varsa, şöbə araşdırma aparmağa hazırdır”, rayon şöbəsindən belə bildirilib.

Hüquqşünas Camal Bağırzadə deyir, əgər DSMF kemçiş döyüşçüyə itirilmiş 16 illik müavinəti ödəməsə, Rəhim Yusifmalıyev məhkəməyə müraciət etməlidir.
XS
SM
MD
LG